EN

Rəşid Babazadə: “Qabırğamın zədəsi mane oldu”

Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" reytinq turniri Azərbaycan sərbəst güləş yığması üçün uğurlu yekunlaşıb.

İdman.Biz xəbər verir ki, millimiz yarışı bur gümüş və üç bürünc medalla başa vurub. Yarışın ən yadda qalan məqamı isə 65 kq çəki dərəcəsində çıxış edən gənc güləşçimiz Rəşid Babazadənin performansı olub.

Rəşid Babazadə yarımfinalda Azərbaycan əsilli amerikalı Vitali Orucovla qarşılaşıb. Olduqca gərgin keçən görüşün son saniyələrində möhtəşəm fənd icra edən Rəşid 18:15 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib.

“Finaldakı rəqibim çox güclü idmançı idi. Buna baxmayaraq xalçaya inamla çıxmışdım. Amma müəyyən səbəblərə görə güləşimi göstərə bilmədim. Həm qabırğamın zədəsi, həm də təcrübə çatışmazlığına görə görüşdə istədiyim nəticəyə nail ola bilmədim. İnşallah, bu səhvlər üzərində çalışmalıyam ki, qarşıdan gələn Avropa çempionatına tam hazırlıqlı vəziyyətdə olum", - deyə Babazadə söyləyib.

Qeyd edək ki, güləşçimiz həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə məğlub olaaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

İdman.Biz
Chosen
11
idman.biz

1Sources