ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ, İsrail və Kanadadan gələn turistlər bizim sanitoriyalara müraciət edirlər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib.
“Sual ola bilər ki, ABŞ, Kanada və İsrail kimi inkişaf etmiş ölkələrin vətəndaşları necə olur ki, bizim kurort sanitoriyalara niyə müraciət edirlər. Onlar xüsusilə Sovetlər dövründə bu tip sanitoriyalardan istifadə edən və sonradan həmin ölkələrə miqrasiya etmiş, orada yaşayan insanlardır”.
S. Məmmədov bildirib ki, onlarla söhbət zamanı burada istirahət edərkən xatirələrini xatırladıqlarını və nostalji hislər keçirdiklərini bildirirlər.
“Onların, bizim kurort sanitoriyalarımızda həmin dövrü xatırlayır, nostalji hislər yaşayırlar".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.