Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Agentliyin sədri bildirib ki, bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir.
“Eləcə də Turizm İnvestisiya Təşviqi Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə tutulur. Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən ölçüləbilən artımı təmin edəcək”.
Onun sözlərinə görə, turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndiriləcək:
“Dövlət Turizm Agentliyi tərəfindən bu prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb.
Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir.
Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastonomiya, sağlamlıq, qış və ekoturizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Hədəf turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir” – o bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.