EN

"Müharibəni qalibiyyətlə başa vuran gəncliyin bir nəfərini də itirməməliyik" - polkovnik-leytenant Füzuli İsmayılov

Müsahibimiz Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xdimətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılovdur. Onunla müsahibədə narkotik asılısı olan çağırışçı gənclərə möhlət hüququnun verilib-verilməməsi, eləcə də yeniyetmə və gənclərimizin vətənpərvərliyi mövzusunda bir sıra suallara cavab tapmağa çalışmışıq.

- Füzuli müəllim, biz artıq ərazi bütövlüyümüzü bərpa etmişik və qarşıda bizi hansısa real müharibə gözlənilmir. Bu, belə bir qənaət formalaşdırır ki, çağırışçıların sayını azaltmaq üçün üçün müxtəlif tədbirlər görmək olar. Məsələn, pullu xidmət, yaxud qonşu Gürcüstanda olduğu kimi - 2 gün evdə, 2 gün hərbi hissədə olmaq və s. Bu haqda hansısa yenilik gözlənilirmi?

- Bu gün belə bir məsələ gündəmdə yoxdur. Konkret olaraq onu deyə bilərəm. Şübhəsiz ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müvafiq mərkəzin icra hakimiyyəti orqanıdır. Gələcəkdə hansısa bir qərar, qanun qəbul oluanacaqsa bu qanun həyata keçiriləcək. Amma, dediyim kimi, bu məsələ bu gün nə kuluarlarda, nə də aktuallıqda gündəmdə deyil.

- Biz qeyd etdik ki, çağırış yaşına çatanlar arasında xeyli narkotik asılısı var. Sizcə, yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması, zərərli vərdişlərdən uzaq durması və s. dövlətdən, ailədən, məktəbdən, yoxsa ətraf mühitdən asılıdır? Və bunu necə koordinasiya etməliyik?

- Hamımızdan asılıdır. Şübhəsiz ki, dövlət qurumlarından, ailədən, məktəbdən, ətraf mühitdən asılıdır. Görkəmli yazıçılardan birinin sözüdür ki, “uşaqlar ailələlərin yox, ətraf mühitin övladlarıdır”. Yəni mühitin övladı məsələsi hər birimizin üzərinə məsuliyyət qoyur. Bəzən biz nə edirik? Bilirik ki, qonşunun övladı bir zərərli vərdişə yönəlib, amma biz düşünürük ki, onu ailəsinə bildirmək xəbərçilik olar, qonşu nə fikirləşər və s. Biz onu itiririk. Bilirsinizmi, o odun çınqısı gec-tez digər ailələrə də düşəcək. Çünki bu, elə bir məsələdir ki, onun arxasında müəyyən maraqlı qüvvələr, bizim dövləti, bizim gəncliyi sevməyən insanlar dayanır. Bunlar həmin o yoluxdurduqları gəncin vasitəsilə digərlərini də cəlb edəcəklər. Biz bunu düşünməliyik. Hesab etməməliyik ki, qapımızı, pəncərəmizi bağlamışıq, içəridə bizə heç nə olmayacaq. Çöldəki od istər-istəməz pəncərədən keçəcək. Ona görə də bu məsələdə hər kəsin üzərinə məsuliyyət düşür və heç kim bundan çəkinməməlidir. Şübhəsiz ki, ən azı həmin uşağın təhsil aldığı məktəbin müdiriyyətinə bu barədə məlumat vermək lazımdır. Artıq hərə öz vəzifəsini bilir. Məlumat vermək lazımdır ki, şagirddə belə bir məsələ müşahidə olunur.

Biz əgər bir gənci cəmiyyətə qazandıra biliriksə, böyük nailiyyətimiz budur. İtirməyə nə var ki. Mütləq qaydada biz elə iş aparmalıyıq ki, bir nəfərimiz belə o istiqamətə düşməsin. Əgər hətta bir nəfərimiz belə həmin o zərərli vərdişə yoluxursa, bu çoxdur. Hətta burada yüzləri, minləri də kənara qoyuram, bircə nəfəri belə çoxdur. O nöqteyi-nəzərdən hər şeyi təkcə dövlət qurumundan gözləmək, məncə, düzgün deyil. Çünki cəmiyyət özü bu ictimai mübarizəni həmişə öndə tutmalıdır. Bu nöqteyi-nəzərdə dövlətin də, vətəndaşın da, ətraf mühitin də, məktəbin də, müəllimin də, həkimin də, mühəndisin də - hər birinin bu məsələd məsuliyyəti var. Hər birimiz bu istiqamətdə elə iş aparmalıyıq ki, o cür müqəddəs bir müharibəni qalibiyyətlə başa vuran gəncliyin bir nəfərini də itirməməliyik. Mən bayaq təkrar etdim ki, adi siqaret çəksəydi, görkəmli bir zabitimizi itirəcəydik. Amma onun zərərli vərdişdən uzaq olması, aldığı tərbiyə həyatını xilas etdi. Və biz bu cür təbliğatı məktəblərə, gənclərə çatdırmalıyıq.

Bəzən təsadüfən hansısa küçədən keçəndə yeniyetmə yaşında uşağın əlində siqaret görürəm. Çalışıram onlarla ünsiyyət quram, söhbət edəm ki, nəyə görə siz bunu edirsiniz?! Bilirsinizmi, ərgənlik dövründə, ərgən yaşında bəzən onlar “artıq mən böyümüşəm” deyə siqaretə meyllənirlər. Sanki özlərini yetişmiş hesab edirlər ki, artıq onlar böyüyüblər. Yəni bu, sadəcə olaraq bir psixoloji mərhələdir. Biz onu bu mərhələdən ötüşdürə bilsək, o birazdan sonra ona cəhd etməyəcək. Amma təkrar edirəm ki, biz bunu görməməzlikdən gəlməməliyik. Ciddi və isti yanaşmalıyıq. Çünki narkotik istifadəçisi təkcə özünü məhv etmir. Bu təkcə bir gəncin məhvi deyil, ailənin məhvidir. Və bir ailənin məhvi eyni zamanda qonşunun məhvidir. Çünki narkotikə qurşanan adamlar bəzən hətta öz valideyninə də əl qaldırır. Bunu hər birimiz eşidirik, siz - bu barədə məlumat verirsiniz, mediada bu haqda informasiya gedir və s. Görün hansı həddə gəlib çatır, o, necə bəladır ki, insanın həyatda ən əzizi kimdir - onun valideynləridir, övladlarıdır, doğmasıdır, - onu hansı həddə çatdırır ki, onu dünyaya gətirən, onu böyüdən, gecələr yuxusuz qalıb onu yetişdirən öz doğmasına, valideyninə əl qaldırır… Bax budur.

Ona görə də biz mütləq qaydada erkən yaşda belə bir hallarla rastlaşanda dövlət orqanına məlumat verməliyik. Dövlət orqanı özü onun tədbirini görəcək. Onun qarşısını almaq istiqamətində işlər həyata keçirəcək. Amma dövlət hər kəsin məhləsində, hər kəsin evində olanı görə bilməz.

- Sonda gələcəyin əsgəri, zabiti olacaq yeniyetmə və gənclərimizə nə kimi çağırış edərdiniz?

Chosen
13
aznews.az

1Sources