Bloger Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oktay Əhmədov arasında yaşanan gərginlik səngimək bilmir.
Ölkə.az xəbər verir ki, tərəflər arasındakı mübahisə bu dəfə sosial şəbəkələr üzərindən yayılan açıqlamalarla yenidən gündəmə gəlib.
Oqtay Əhmədov paylaşımında bildirib ki, boşanmadan sonra övladlarının bütün məsuliyyəti onun üzərində olub. Onun sözlərinə görə, son illər uşaqların sağlamlığı, gündəlik qayğıları və müalicəsi ilə şəxsən özü məşğul olub:
"Bildiyiniz kimi, boşandıqdan sonra hər iki övladım mənimlə qalırdı və onların bütün məsuliyyəti mənim üzərimdə idi. Gecə yuxusuz qalan da mən olmuşam, həkim qapılarında gözləyən də mən. Dörd-beş ildir ki, uşaqlarımın qayğısını çəkən, sağlamlığı, gündəlik ehtiyacları ilə məşğul olan mən olmuşam. Üst-üstə hesablayanda, ay ərzində maksimum 4-5 gün analarının yanında olublar. Qalan bütün vaxtı mən baxmışam, mən böyütmüşəm, mən əziyyətini çəkmişəm.
Bu gün həmin insan məndən aliment tələb edir. Mən alimentdən qaçan insan deyiləm. Əgər məhkəmə qərar çıxaracaqsa, qanun nə deyirsə ona da əməl edəcəyəm. Cəza varsa, çəkəcəyəm, öhdəlik varsa, yerinə yetirəcəyəm. Mən qanundan qaçmıram. Çünki bilirəm ki, hər işin bir sonu var və o son məhkəmə zalında qoyulur.
Heç kim mənim uşağımı məndən gizlədə bilməz. Heç kim bir atanın övladını görmək haqqını əlindən ala bilməz. Bu beş il ərzində mən uşaqlarımla sosial-şou etməmişəm. Boş-boşuna şəkil çəkdirib paylaşmamışam ki, “baxın necə atayam”. Bəziləri kimi çıxıb pafosla “Azərbaycan Respublikasına üç əsgər böyüdürəm” deməmişəm. Mənim üçün söz yox, əməl danışıb.
Mən uşaqlarımın sağlamlığını, gələcəyini düşünən bir insanam. Xüsusilə Onurun sağlamlığı ilə bağlı vəziyyəti hər kəs bilir. Çətinlik çəkdiyi üçün uzun müddətdir həkim nəzarətindədir. Müntəzəm olaraq müayinələrə aparılır, dərmanlarını vaxtında qəbul edir, psixoloq dəstəyi alır. Onun gündəlik rejimi, müalicəsi və inkişafı daim mənim nəzarətimdə olub. Fevralın 2-də Onurun anası mənim anamdan xahiş edərək uşağı “bir saatlıq” həkimə aparmaq adı ilə götürüb. Bildirib ki, Rusiyadan həkim gəlib, uşağı göstərib geri qaytaracaq. Lakin uşağı apardıqdan sonra səs yazısı göndərərək təhqir və təhdidlər edib və uşağı geri qaytarmayacağını bildirib".
Daha ətraflı fotolarda:
Həmidə İbrahimova





