EN

İki siqaret şirkətinin bazarı “öldü” – SƏBƏB

Azərbaycanda aprelin 1-dən nikotin tərkibli elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışı qadağan edilir. Prezident İlham Əliyev artıq “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Milli Məclis isə təklif edib ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunsun. Elə satanlar üçün də yüksək məbləğdə müxtəlif cərimələrin tətbiqi təklif olunur.

Elektron siqaretdə nikotindən, müxtəlif iylərdən və qatqılardan ibarət maye var və bu maye qızıb buxara çevrilərək nəfəs borusu vasitəsilə ağciyərə yayılır. Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.

Vətəninfo.az  öyrənib ki, Azərbaycanda məşhur elektron siqaret (vape) və POD sistemləri brendlərinə Vaporesso, Lost Vape, VOOPOO, Elf Bar, SMOANT və Eleaf daxildir. Bu brendlər birdəfəlik cihazlar, doldurula bilən POD sistemləri və müxtəlif mayelər təklif edir.

Azərbaycanın onlayn vape mağazalarından biri olan Vape By Jojo – elektron siqaret və qəlyan cihazlarının satışını təşkil edir. “İQOS” və “Ploom” kimi markalar bazarda xüsusi yer tutur. Ancaq onların bazarı bundan sonra “öləcək”.
Bu iki markanın ölkəmizdə rəsmi distribyutoru və satış şəbəkələri də var. İQOS dünyaca məşhur tütün şirkəti olan Philip Morris İnternational şirkətinə məxsusdur. Azərbaycana bu markanı “Prime Light” MMC idxal edir.

Ploom isə Japon Tobacco İnternational şirkətinin məhsuludur. İdxalçısı “Sarvan” MMC qeyd edilib. Əsas idxalçı Malaziyadır. Azərbaycana ən çox Malayziya və Çindən çox sayda cihaz və buxarlanan maye məhsulları gəlir. Həmçinin Böyük Britaniya və ABŞ-dən də Azərbaycana elektron siqaretlər gəlir.

Azərbaycanda bazarında ən çox rastlanan markalar isə Elf Bar, HQD, Vozol, Lost Mary, Plong, Aokit, VNSN, Funky Landsdir və bu markaların da hamısı ölkəyə Çindən gətirilir. Bu məhsullar nikatinli elektron məhsullar hesab edilir. Ən bahalı markalar isə Böyük Britaniyanın Dinner Lady və IVG, ABŞ istehsalı olan Naked 100 və VGOD premium segment modellərdir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, elektron siqaretlərin rəsmi qadağası “qara bazar”ın inkişafına səbəb ola bilər:

“Ölkədə kifayət qədər elektron siqaret istifadəçisi var. Onlar elektron siqaret aludəçisi olublar. Ona görə də tələbat yaranır və bu təlabatın qarşılanması üçün insanlar yollar axtaracaq. Nəticədə Azərbaycanda elektron siqaretin “qara bazar”ı formalaşacaq. Qeyri-qanuni idxal cəhdləri müşahidə olunacaq. Buna hətta nail də ola bilərlər”.

İqtisadçının sözlərinə görə, elektron siqaretlərin idxalının dayandırılmasında ənənəvi siqaret şəbəkəsinin təzyiqləri önəmli rol oynayıb: “Elektron siqaret bazarının məhdudlaşdırılması ənənəvi siqaret bazarını genişləndirəcək.

Elektron siqaret qeyri-qanuni bazarda əvvəlki qiymətindən baha satılacaq. Bu da onun istifadəçilərinin büdcəsinə təsir edəcək və onlar ənənəvi siqaretə qayıdacaqlar. Nəticədə ənənəvi siqaret bazarı genişlənəcək”.musavat.com

Chosen
17
veteninfo.az

1Sources