Azərbaycan Premyer Liqasının XXII turunda “Araz Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, vacib oyun öncəsi hər iki komandada itkilər var. Naxçıvan təmsilçisində zədəli Urfan Abbasov və Vanderson Melo meydana çıxa bilməyəcək.
“Zirə”də isə cəzalı Ruan Renato ilə yanaşı, zədəli İbrahim Konate bugünkü görüşü buraxacaq.
Qarşılaşma bu gün saat 18:00-da start götürəcək.