EN

"Qalatasaray"ın rəqibi "Liverpul" oldu

"Qalatasaray"ın rəqibi "Liverpul" oldu

"Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.

AFN.az xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində bir nömrəli turnirinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında keçirilib.

Turnirdəki tək Türkiyə təmsilçisi olan "Qalatasaray" püşk nəticəsində "Liverpul"a rəqib olub. "Sarı-qırmızılılar" ilk oyunu öz meydanında, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

"Qalatasaray" bu mərhələdə "Liverpul"u mübarizədən kənarlaşdıracağı təqdirdə, 1/4 finalda "Paris Sen-Jermen" – "Çelsi" cütünün qalibi ilə qarşılaşacaq. Mümkün yarımfinal vəziyyətində isə rəqib, 1/8 finaldakı "Real Madrid" – "Mançester Siti" və "Atalanta" – "Bavariya" cütlüklərindən son dördlüyə qalan komanda olacaq.

Turnirdə 1/8 finalın oyunları martın 10-11-i və 17-18-i tarixlərində baş tutacaq.

Chosen
4
afn.az

1Sources