EN

"Qarabağ"la matçdan öncə "Sabah"da ciddi problem yarandı - SON DURUM

"Sabah" "Qarabağ"la görüşə ciddi itki ilə çıxa bilər.

Müdafiəçi Stiv Solvet arxada qalan həftəni zədədən əziyyət çəkib.

Bu səbəbdən kollektiv məşqlərdən uzaq düşüb.

29 yaşlı legioner "Kəpəz"lə görüşü də buraxmalı olmuşdu.

Məşqlərə start verən stoperin Ağdam klubuna qarşı meydana çıxıb-çıxmayacağı hələ də bilinmir.

Həkimlər və məşqçilər korpusunun birgə rəyindən sonra Solvetin meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək.

Gvadelupa millisinin üzvü ötən yaydan "tələbələr"in şərəfini qoruyur.

Təcrübəli oyunçu Masazır klubunun müdafiə xəttinin lideri hesab olunur.

O, arxada qalan 21-turun 20-də 90 dəqiqə meydanda olub.

Solvet müdafiəçi olmasına baxmayaraq, vurduğu 3 qolla hücum xəttinə də az kömək etməyib.

Premyer Liqanın 22-ci turuna təsadüf edəcək "Qarabağ" - "Sabah" görüşü 1 mart, 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
12
sportinfo.az

1Sources