EN

Bu küçələrdə yeni işıqforlar quraşdırıldı

Piyadaların hərəkətinə çətinlik yaranan kəsişmədə yeni işıqforlar quraşdırılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yeni işıqforlar quraşdırılıb. 

Aparılan təhlillər göstərib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkirdilər.Bu amil nəzərə alınaraq, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada işıqforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat işıqforlar (L və A tipli) quraşdırılaraq istifadəyə verilib.

Yeni işıqforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda zəruri ərazilərdə yeni işıqforların quraşdırılması işləri davam etdirilir.

Chosen
7
2
cebheinfo.az

6Sources