Bakı, 27 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyununda (2:3) zədələnən “Qarabağ”ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.
Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra kolumbiyalı oyunçunun vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Futbolçu komanda ilə məşqlərə başlayacaq.