"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı məlumata görə, kolumbiyalı hücumçunun durumu yaxşıdı:
"Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Kamilo Duranın vəziyyətinin yaxşı olduğu açıqlanıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq".
Xatırladaq ki, Kamilo Duran "Nyukasl"la İngiltərədə keçirilən cavab matçının ikinci hissəsində zədələnərək oyunu davam etdirə bilməmişdi.