Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO arasında əldə olunmuş razılaşmaya əsasən, ixrac potensialı olan böyük mebel istehsalçılarının iştirakı ilə işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycanda mebel istehsalı üzrə ixrac potensialının artırılması imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində təkliflərin hazırlanması və mebel sektorunun beynəlxalq bazarlara çıxışının sürətləndirilməsi olub.
Tədbir zamanı ixrac prosesində mövcud olan əsas çətinliklər, qarşıya çıxan problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müzakirə edilib. Eyni zamanda, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən ixracla bağlı məsələlər üzrə yaranmış müvafiq problemlərin həlli istiqamətində işlərin aparıldığı bildirilib.
AzÉ™rbaycan Mebel İstehsalçıları Assosiasiyasının sÉ™dri FÉ™rman İslamlı çıxış edÉ™rÉ™k É™sas çətinliyin okean hövzÉ™sinÉ™ birbaÅŸa çıxışın olmaması vÉ™ loqistika xÉ™rclÉ™rinin baÅŸqa ölkÉ™lÉ™rÉ™ görÉ™ yüksÉ™k olmasını vurÄŸuladı. AZPROMO-nun İxracın Təşviqi departamenti direktor FÉ™rid FÉ™rzÉ™liyev qısa müddÉ™tdÉ™ istiqamÉ™tdÉ™ iÅŸlÉ™rin getdiyini vÉ™ nÉ™qliyyat xÉ™rclÉ™rinin É™sas hissÉ™sinÉ™ dövlÉ™t dÉ™stÉ™yinin olacağını qeyd etmiÅŸdir.Â
Görüşdə ölkənin aparıcı mebel şirkətlərinin rəhbər heyəti iştirak edib. Tədbirdə Embawood, Foriella MMC , Perla, Saloğlu, Qardaşlar, Məmmədoğulları, Crystal Mebel, Panarea MMC, Woodpecker, Greenwood və Damla mebel kimi iri istehsalçı şirkətlər yer alıb.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası bu görüşlə növbəti uğurlu addıma imza ataraq böyük mebel istehsalçılarını bir araya toplamağa nail olub. Qeyd edək ki, növbəti mərhələdə orta və kiçik mebel istehsalçılarının da ixrac prosesinə təşviq olunması və onların bu proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.





