EN

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 12-si saat 10:00-da Şirvan Gənclər Evində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 11-dək qəbula yazıla bilərlər.

Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.

 

Chosen
5
2
azertag.az

4Sources