EN

Gəncədə FACİƏ: Sahibkar tibbi yardım zamanı ÖLDÜ

Ajans.az-ın əldə etdiyi özəl məlumata görə, hadisə şəhərin Nizami küçəsində yerləşən qadın geyim mağazalarından birində baş verib. Mağazanın sahibi Fərid Əkbərov adlı sahibkar iş yerində qəfil özünü pis hiss edib. Hadisə yerinə tibb işçisi çağırılıb və ona ilkin tibbi yardım göstərilib. Bildirilir ki, sahibkara sistem köçürülüb. Lakin vəziyyəti qəfil ağırlaşıb və şok halına düşüb.
O, təcili olaraq Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Chosen
9
Ajans.az

1Sources