"Təhsil sistemində rəqəmsallaşmanın tətbiqi və inkişafı arzuolunandır və müsbətyönümlü addımlardır".
Bu fikri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva təhsil sistemində rəqəmsallaşmadan danışarkən bildirdi.
Onun fikrincə, ilk növbədə məsələyə aidiyyəti qurumlar kompleks şəkildə yanaşmalıdır:
"Əldə olan resurslar düzgün formada qiymətləndirilməlidir. Eyni zamanda, proseslərin gələcək istiqamətini doğru şəkildə müəyyən etmək üçün uzunmüddətli proqram layihələri sistemləşdirilməlidir".
Müsahibimiz əlavə etdi ki, rəqəmsallaşmanın tətbiqi üçün peşəkar mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac duyulur:
"Həmçinin xarici ölkələrin bu yöndəki təhsil modelləri və təcrübələri ciddi şəkildə araşdırılmalıdır. Ancaq bundan sonra müsbət nailiyyətlər qazanmaq mümkündür".
Xədicə BAXIŞLI