Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnovun qətlində şübhəli bilinən şəxslərin Azızov qardaşları olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, “Sxemlər” (“Схемы”) araşdırma layihəsinin məlumatına görə, şübhəlilər – Donetsk vilayətindən olan Aleksandr və Veli Azızov qardaşları – Ukrayna vətəndaşlarıdır. Lakin araşdırma zamanı məlum olub ki, onlar 2023–2024-cü illərdə Rusiya pasportu da alıblar.
Bildirilir ki, Aleksandr Azizov Rusiya pasportunu Rostov vilayətində, qardaşı Veli Azızov isə Donetsk vilayətinin işğal olunmuş ərazisində əldə edib.
Məlumata əsasən, Aleksandr Azızovun Rusiya pasportu “Gosuslugi” dövlət bazasında “etibarlı” kimi göstərilir. Velinin sənədi isə “etibarsız” statusu ilə qeyd olunub. Bununla belə, bu fakt onun Rusiya vətəndaşlığını itirməsi demək deyil.

Natiq Səlim,
KONKRET.az