EN

Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək

Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək.

"Unikal" xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova "Masader"də, Adil Əhmədzadə ilə Onur Quluzadə isə "Spin Point" klublarından dəvət alıblar.

Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar.

Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq.

Qeyd edək ki, milli komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.

Chosen
12
unikal.az

1Sources