EN

Bloqer Ülvı Elşad Zarafatsızla birgə yeni film layihəsinə başlayıb



Bloqer cənab Ülvı aktyor Elşad Zarafatsızla birgə yeni bədii film layihəsinə başlayıb. Məlumata görə, komediya janrında nəzərdə tutulan ekran işinin çəkilişlərinə may ayında start veriləcək. Layihənin rejissoru Murad Adiloğludur.

Bildirilib ki, hazırda film üzrə ilkin hazırlıq mərhələsi davam edir, ssenari və texniki planlaşdırma işləri yekunlaşdırılır. Çəkilişlərin Bakı şəhərində, eləcə də ölkənin müxtəlif rayonlarında aparılması nəzərdə tutulur. Layihənin yaradıcı heyəti filmin həm süjet xətti, həm də texniki icrası baxımından fərqli üslubda təqdim olunacağını qeyd edir.

Filmdə müasir texnologiyalardan istifadə planlaşdırılır. Xüsusilə süni intellekt imkanları və 3Dmax proqramı vasitəsilə hazırlanacaq qrafik effektlərin ekran işinə vizual zənginlik qatacağı bildirilir. Bu yanaşma filmin texniki baxımdan daha müasir formatda hazırlanmasına imkan yaradacaq.

Məlumata əsasən, layihədə Azərbaycanın bir sıra tanınmış aktyorlarının da iştirakı gözlənilir. Onların adlarının yaxın günlərdə açıqlanacağı bildirilib. Qeyd edək ki, bloqer cənab Ülvı üçün bu film kino sahəsində ilk genişmiqyaslı layihə hesab olunur. Filmin təqdimat tarixi ilə bağlı əlavə məlumatların ictimaiyyətə yaxın vaxtlarda təqdim ediləcəyi gözlənilir.

Chosen
11
baki-xeber.com

1Sources