EN

SON DƏQİQƏ! Deputatın avtomobilinə silahlı hücum – Həbs edilən var

İranda parlament üzvü Abbas Beyqdeliyə qarşı silahlı insident qeydə alınıb. Hadisə ölkənin şimalında yerləşən Qəzvin vilayətində baş verib.

NOCOMMENT.az xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata əsasən, faktı Qəzvin vilayətinin prokuroru Əli Əsgər Əsgəri təsdiqləyib.

Bildirilib ki, naməlum şəxslər deputatın hərəkətdə olan avtomobilinə ov tüfəngi ilə atəş açıblar. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb.

İlkin araşdırmalar zamanı insidentin terror aktı olmadığı müəyyən edilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Sara

Chosen
33
nocomment.az

1Sources