EN

"Efir qadağası qoyulanların adları tam deyil, yeni siyahl gəlir" - Tolik

Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi müğənnilərin efirlərə çıxışına qadağa qoyulduğu ilə bağlı siyahı yayımlanıb.

Milli.Az xəbər verir ki, efirə çıxışına qadağa qoyulan müğənnilərlə bağlı aparıcı Tarix Əliyev də instaqram səhifəsində paylaşım edib. 

"Bu çıxan siyahı hələ tam deyil. Bəzi müğənnilər sevinməsin. Bildiyimə görə, ikinci siyahı da tezliklə çıxacaq" - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü" proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb.

Milli.Az

Chosen
1
7
milli.az

10Sources