Bakı. Trend:
Fevralın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinintəsis etdiyi növbəti “Təməl” Memarlıq Mükafatının təqdimetməmərasimi keçirilib.
Trend xəbərverir ki, tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, özəl sektornümayəndələri, memar və şəhərsalma mütəxəssisləri iştirakediblər.
Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma vəArxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov artıqənənəyə çevrilmiş “Təməl” Memarlıq Mükafatının peşəkarlığın,innovativ düşüncənin və məsuliyyətli memarlıq yanaşmasının rəmzinəçevrildiyini bildirib. O, budəfəki müsabiqənin Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin 20 illik yubileyi və “Şəhərsalma vəMemarlıq İli”nə təsadüf etdiyinə diqqət çəkərək, şəhərsalma vəmemarlıq sahəsinin dövlət siyasətində prioritet istiqamət olduğunuvurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindənmüəyyən edilmiş bu strateji xətt bu gün Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
N.Hümmətov qeyd edib ki, məhz bu ardıcıl və məqsədyönlüsiyasətin nəticəsi olaraq 20 il ərzində Komitə tərəfindənnormativ-hüquqi bazanın təkmilləşdirilməsi, Baş planlarınhazırlanması və təsdiqi, eləcə də rəqəmsal idarəetməmexanizmlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb. Bugünədək ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiqlənib, digərşəhərlərin planları üzrə işlər davam etdirilir. Eyni zamanda,Qarabağ və Şərqi Zəngəzur regionunda yeni yaşayış məntəqələrininsalınması, enerji səmərəliliyi və ekoloji dayanıqlılıqprinsiplərinə əsaslanan müasir məkan modelinin formalaşdırılmasıistiqamətində mühüm nəticələr əldə olunub.
Beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan da bəhsedən komitə sədrinin birinci müavini 17-22 may tarixlərində Bakının13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsiniAzərbaycanın şəhərsalma siyasətinin qlobal səviyyədə tanınması iləəlaqələndirib.
Daha sonra Komitə sədrinin müavini, münsiflər heyətinin sədriİlqar İsbatov və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədriElbay Qasımzadə çıxış edərək, mükafatın memarlıq ənənələrininqorunması, innovativ yanaşmaların təşviqi və keyfiyyətli şəhərmühitinin formalaşdırılması baxımından əhəmiyyətinivurğulayıblar.
Qeyd edilib ki, “İlin ən yaxşı memarlıq layihəsi” mükafatı2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyimünasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindəntəsis edilib. Ötən ildən etibarən “Təməl” Memarlıq Mükafatı adıaltında həyata keçirilən təşəbbüsün əsas məqsədi il ərzində ərsəyəgətirilən layihələrin peşəkar meyarlar əsasında qiymətləndirilməsi,memarlıq sənətinin inkişafı və yaşayış məntəqələrində şəhərsalmamühitinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Mərasimin davamında müsabiqə üzrə nəticələr elan olunub.
Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 işüzrə altı nominasiyada qalib olan 15 layihə müəllifləri “Təməl”mükafatı və diplomlarla təltif edilib. Həmçinin gənc memar NurlanTahirli Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə xüsusimükafata layiq görülüb.