Sumqayıtda poladəritmə sexində partlayış baş verib, xəsarət alanlar var.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində yerləşən sexdə olub.
İlkin məlumata görə, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 32 yaşlı Elməddin İsmayılov, 37 yaşlı Ceyhun Davidov və 29 yaşlı Coşqun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Müəssisənin rəhbəri Fərid Həsənov bildirib ki, hadisənin səbəbi hazırda konkret məlum deyil, araşdırma aparılır.
Xəsarət alanlar dərhal tibb müəssisəsinə çatdırılıblar və zəruri tibbi yardım göstərilib. Onlardan iki nəfəri daha sonra Bakıdakı özəl xəstəxanaya hospitalizasiya olunub. Hazırda vəziyyətləri ağır qiymətləndirilir və müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.