EN

Sumqayıt Hüquq MTK nın rəhbərinə stop qoyuldu

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhəri və ətrafında yaşayış binalarının inşası ilə məşğul olan "Sumqayıt-Hüquq" Mənzil Tikinti Kooperativinin (MTK) külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 3000 manat olan "Sumqayıt-Hüquq" MTK-nın dövlət büdcəsinə 481.587,97 manat məbləğində vergi borcu var. 

Borc ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "Sumqayıt-Hüquq" MTK barəsində məhkəməyə müraciət edilib. İdarə tərəfindən MTK rəhbəri, 1961-ci il təvəllüdlü Mustafayev Yamil İsa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş olunub və məhkəmənin qərarı ilə iddia təmin edilib.

Qeyd edək ki, 22.02.2017-ci ildə dövlət qeydiyyatına alınan "Sumqayıt-Hüquq" Mənzil Tikinti Kooperativinin ilk rəhbəri Mövsümov Nazim Rasim oğlu olub. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
qaynarinfo.az

1Sources