EN

Şamaxıda yenidən zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA

Hadisə ilə bağlı Ajans.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yenidən zəlzələ baş verməsi gözlənilmir: "Orada afterşoklar var. Onlardan bir neçəsinin maqnitudası 3-dən yuxarı olub. Xırda təkanlar da qeydə alınır. Yəni hazırda enerji boşalması prosesi gedir. Bu, bir tərəfdən müsbət haldır. Çünki gərginlik artıb enerjinin toplanması və daha güclü zəlzələnin baş verməsi riskini azaltmış olur. Ümumilikdə, ciddi problem yoxdur. Xırda təkanlar vasitəsilə enerji tədricən boşalır və bu proses son səviyyəyə qədər davam edə bilər". Seysmoloq bildirib ki, zəlzələnin yenidən baş verməsinə gəldikdə isə, demək olar ki, hər gün 10-a yaxın təkan baş verir və ümumilikdə 40-a yaxın təkan qeydə alınıb:

"Onlardan üçü 3 maqnitudadan yuxarı olub. İlk təkan 4.7 bal gücündə idi. Digərləri 3.3 və 3.2 maqnitudada qeydə alınıb. Qalan təkanların əksəriyyəti 1.9–2 bal aralığında olub və hiss olunmayacaq qədər zəifdir. Bu cür təkanları əsasən cihazlar qeydə alır. Zərər məsələsinə gəldikdə isə, normal tikililər üçün ən diqqətəlayiq təkan 4.7 bal gücündə olan ilk zəlzələdir. 5 bala yaxın təkanlar belə möhkəm və standartlara uyğun inşa edilmiş binalarda ciddi fəsad törətmir. Lakin zəif və standartlara uyğun tikilməmiş binalarda müəyyən xırda çatlar və lokal zədələr yarana bilər. Ümumiyyətlə, 5 bal gücündə zəlzələ normal tikililərdə ciddi dağıntı yaratmaq gücündə deyil".

Chosen
13
Ajans.az

1Sources