EN

"Yandex"in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib

"Yandex"in həmtəsisçisi Rusiya vətəndaşlığından imtina edib

"Yandex" şirkətinin sabiq rəhbəri və həmtəsisçisi Arkadi Voloj Rusiya Federasiyasının vətəndaşlığından çıxıb.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, milyarder bu həftə Rusiya vətəndaşlığından rəsmən çıxması barədə təsdiqedici sənəd alıb. Arkadi Voloj eyni zamanda İsrail pasportuna sahibdir və on ildən artıqdır ki, bu ölkədə yaşayır.

Qeyd edək ki, Voloj Rusiyanın Ukraynaya müdaxiləsindən sonra şirkətdəki vəzifəsindən istefa vermiş və müharibəyə qarşı çıxışları ilə diqqət çəkmişdi.

Chosen
17
afn.az

1Sources