EN

Əfqanıstanın daxili işlər naziri Pakistana müraciət etdi – VİDEO

Əfqanıstanın daxili işlər naziri Siracəddin Haqqani Pakistan rəhbərliyinə və ictimaiyyətinə çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, Haqqani çıxışında Pakistanı “müsəlman və sadiq bir xalq” adlandıraraq, bu ölkənin uzun illər ərzində əfqanlarla birlikdə çətinliklər yaşadığını bildirib. Onun sözlərinə görə, hazırda hakimiyyətdə olan şəxslər daha geniş düşünməli və ölkənin gələcəyini nəzərə almalıdırlar.

“Bu yolu seçməyin. Ölkə hara gedir? İqtisadiyyat hara gedir? Siyasət hansı istiqamətə yönəlir? Siz dünyadan təcrid olunmağa doğru hərəkət edirsiniz”, – deyə nazir vurğulayıb.

Haqqani qeyd edib ki, əfqanlar Pakistanla birlikdə çətin dövrlər keçirib və bu əməkdaşlıq sayəsində müəyyən nəticələr əldə olunub. O, Pakistanı “zəif addımlar atmamağa” çağırıb.

Nazir Pakistanın siyasətçilərinə, alimlərinə, qəbilə ağsaqqallarına müraciət edərək ordunun qərarlarına təsir göstərməyə səsləyib. “Bu xalq dünya orduları, tankları və böyük resursları ilə deyil, öz iradəsi ilə mübarizə aparıb”, – deyə Haqqani əlavə edib.

Sara

Chosen
28
nocomment.az

1Sources