EN

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi müzakirə olunub

ain.az, Reyting.az saytına istinadən bildirir.

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Reyting.az xəbər verir ki, bunu Nazirlər Kabinetindən bildiriblər.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 30 may 2025-ci il tarixli Sərəncamındakı tapşırıqlardan irəli gələrək “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və əsas hədəflərin müzakirəsi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi, eləcə də 2025-ci ildə iqtisadi artım, onun əsas amilləri və fəaliyyət sahələrində mövcud vəziyyət, 2025-ci ilin yekunları üzrə makroiqtisadi və maliyyə sabitliyi sahəsində vəziyyət və siyasət istiqamətləri, habelə digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Baş nazirin müavinləri Samir Şərifov və Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış ediblər. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən rəy və təkliflər bildirilib.

İclasın yekununda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi və digər məsələlər barədə müvafiq tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
6
reyting.az

7Sources