EN

Böyük Britaniya təhlükəsizlik məqsədilə diplomatlarını İrandan çıxarıb

Böyük Britaniya təhlükəsizlik məqsədilə diplomatlarını İrandan çıxarıb

Böyük Britaniya regionda hərbi münaqişənin başlama ehtimalı ilə əlaqədar İrandakı səfirlik əməkdaşlarını təxliyə edib.

AFN.az xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin rəsmi saytında yer alıb.

Məlumatda qeyd olunur ki, Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb, lakin səfirlik öz fəaliyyətini distant (məsafədən) formada davam etdirir.

Xatırladaq ki, yanvar ayında ABŞ rəsmi Tehrana xəbərdarlıq edərək bildirib ki, əgər İran danışıqlar masasına oturmasa və nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli saziş" bağlamasa, Vaşinqton güc tətbiq etməyə hazırdır. İran tərəfi isə öz növbəsində atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib. Hazırda Pentaqon Yaxın Şərqdə iki aviadaşıyıcı qrup da daxil olmaqla böyük hərbi qüvvə cəmləşdirib.

ABŞ administrasiyası fevralın 19-da elan edib ki, İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxt ayrılır.

Chosen
2
afn.az

1Sources