EN

Yerusəlim ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Yerusəlimdə yerləşən İsrail Milli Kitabxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

İştirakçılar əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam barədə ətraflı məlumat verib.

Sonra İsrail Milli Kitabxanasının fonduna Azərbaycanda nəşr olunan “Xocalı – fotolarda, sənədlərdə və xatirələrdə” kitabı hədiyyə edilib, iştirakçılara faciə ilə bağlı məlumatlandırıcı materiallar paylanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
azertag.az

1Sources