EN

Sumqayıtda baş verən partlayışın verdiyi mesaj: inək qurbanı kəsilməlidir


"Biz hər şeyi sayıb yazmışıq". (Quran) 

Xəbər verildiyi kimi, bu gecə (27 fevral) Sumqayıtda Kimya sənaye parkindakı poladəritmə sexində partlayış baş verdi. Nəticədə bir neçə insan yaralanaraq xəstəxanaya yerləşdirildi. 
İlk baxışdan adi görünən bu hadisənin üzərindəki sirr pərdəsini elmi-lədun yolu ilə qaldırdıqda bir çox hikmətlər, o cümlədən Yaradanın mesajı üzə çıxır. Məlum olur ki, Hadisə Quranın səhifələrinin sayı və Yaradanın rəqəmsal imzası olan 286 ədədinə bağlanır. Belə ki:
 -Kəbədə saxlanan orjinal Qquran 286 shifədən ibarətdir;
-Qurban bayramından saymaqla, Ramazan bayramı bir qayda olaraq, 286 günün tamamında baş verir;
-Novruz bayramından saysaq, Yeni il bayramının da 286 günün tamamına düşdüyünü görərik;
-İnsan ana bətnində normal halda 286 günə yaranır (cütlüklərin görüşdüyü gündən sayılmaqla);
-Quranın “İnək” surəsi də 286 ayədən ibarətdir. 
Və s.
Göründüyü kimi, bütün byük hadisələrin üzrində Yaradanın rəqəmsal imzası (286) vardır.

İndi qayıdaq Sumqayıtda baş verən bugünkü partlayışa.
Hesablamalarımız göstərir ki, bu partlayışın da üzərində Allahın rəqəmsal imzası  (286) vardır. Bunu aşaıdakı elmi-lədun hesablamalardan  aydın görmək mümkündür. Belə ki, bu gün:

1)    Biləsuvar rayonunda (Xırmandalı kəndi) iki nəfəri ildırım vurmasının 286-cı günüdür;
2)    5 avqust 2024-cü il tarixdə 165 saylı marşrut avtobusunun qəzaya uğramasının (sərnişinlər yaralandılar) 572-ci günüdür:

572 – 286 = 286 

3)    Gəncə və Qubada eyni gündə (23.10.2023) baş verən  avtobus qəzalarının 858-ci günüdür (hər iki qəzada xeyli sərnişin xəsarət aldı):

858 – 286 – 286 = 286 

4)    Məhəmmədi kəndində (11.01.2023) yeddimərtəbəli yaşayış binasının yanmasının 1144-cü günüdür:

1144 – 286 – 286 – 286 = 286 

5)    Lerikdə torpaq sürüşməsi və Nehrəmdə məktəb binasının uçmasının (31 mart 2022) 1430-cu günüdür:

1430 : 5 = 286 

6)    Aallahın rəqəmsal imzası ilə verilən bu mesajın (partlayışın) Sumqayıtda baş  verməsi təsadüfdürmü? Axı Quran məntiqinə görə həyatda təsadüf yoxdur. Elə isə rəqəmlərə daha dərindən nəzər salaq:
Bu gün Sumqayıtda həmin ərazidə - Karbamid zavodunda baş verən partlayışın 50-ci (!) günüdür ki, bu da Sumqayıtın seriyası olmaqla, şəhərin rəmzi ədədidir. 

Və s

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”.  Quran, “Məryəm” surəsi, 84

Nəticə

Elmi-lədun hesablamalardan göründüyü kimi, bu gün Sumqayıtda baş verən partlayış əslində ölkədəki pozğun həyat tərzinə, haqsızlığa, zülmə... Yaradanın reaksiyası – xəbərdarlığıdır: tövbə edin, doğru yola qayıdın! Əks halda əsl bəla gələcək (bütün bunlar gələcək bəlanın hələ xəbərdarlığıdır)! Həmin gün tövbə qapısı bağlı olduğundan, istəsəniz də tövbə edə bilməyəcəksiniz!

Sumqayıtdakı partlayış diqqətimizi inək qurbanına yönəldir

Yxarıda qeyd etdik ki, 286 ədədi həm də “İnək” surəsinin sıra nömrəsidir. Surədə Rəbbim zalımların zülmündən qurtulmaq istəyənlərə inək qurbanı kəsməyi tövsiyyə edir. Həmin inəyin (düyənin) əlamətləri 2-ci surənin 67-71-ci ayələrində aydın təsvir edilib (qızılı rəngdə, yaraşıqlı, üç yaşı olmalı, bağlı saxlanmamalı, qoşquya qoşulmamalı, azad gəzməli...). 
Bu əlamətdə inəyi (düyəni) tarixdə bir dəfə Musa qövmü kəsdi və Fironun zülmündən xilas oldu. 2-ci dəfə bu əlamətdə inəyi tapıb kəsmək Azərbaycan xalqına tövsiyyə olunur. Sübut üçün bildirim ki, İnək surəsinin nömrəsinin 2 olması da bunun 2-ci dəfə kəsilməsinin vacibliyini göstərir. 
Bu səbəbdən Azərbaycanda baş verən bütün avtobus, təyyarə qəzalları, böyük yanğınlar, zəlzələlər... hamısı 286 ədədinə bağlanır ki, insanlar tövbə etsinlər və  bu ədəd altında göstərilən inəyi tapıb kəssinlər:

“... Onlar inəyi tapıb, kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər”. “İnək” surəsi, 71-ci ayə.

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (haqqa təslim olmağı, xalqa zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran. 

Söz ardı: Bu yazıda  sadalanan bütün hadisələr (xəbərdarlıqlar) baş verdiyi gün Allahın verdiyi xüsusi elmlə (elmi-lədunla) hesablayıb, xalqa çatdırmışam. İnsanlar bu xəbərdarlıqları qulaqardına vurduqlarına görə zülmdən xilas ola bilmirlər və ardıcıl faciəvi hadisələrlə qarşılaşırlar. Ümid edirəm ki, bu yazıdan nəticə çıxaracaqlar... 

Qeyd: yazını tamamlayarkən xəbər yayıldı ki, Şamaxıda 4,7 bal gücündə zəlzələ baş verib. Maraqlıdır ki, bu zəlzələ Astara rayonunun Təngərüd kəndi ərazisində 2 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasının 56-cı günü baş verib (56 Şamaxının seriyasıdır) . 

Dr. Paşa Yaqub – elmi-lədun bilicisi
Chosen
104
gender.az

1Sources