Millət vəkili Tənzilə Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən konfransda Yenicag.az-a açıqlama verib.
Millət vəkili 100 illik tarixi yolun bu gün real nəticələrə çevrilməsindən bəhs edib.
Tənzilə Rüstəmxanlı tədbirin keçirildiyi məkanın tarixi ruhuna toxunaraq bildirib:
“100 il bundan öncə bu gün bu binada, eyni salonda Türkoloji Qurultay keçirilmişdi. İndi yenə eyni məkanda türk dünyasının önəmli bilim insanlarını, ədəbiyyatçılarını və tarixçilərini bir arada görmək qürurvericidir. Onlar mənim gözümdə hər biri ayrı-ayrılıqda türk dünyasının bir düşüncə mərkəzidir. 100 il öncə o aydınların formalaşdırdığı, amma həyata keçirə bilmədikləri fikirlər artıq bu gün reallığa çevrilib”.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov