EN

Günəşdə püskürmə baş verdi: Yer kürəsinə yeni maqnit fırtınası təhlükəsi yaranıb

Alimlər maqnit fırtınasının güclü olmayacağını bildirirlər.

QHT.az xəbər verir ki, Koronal dəliyin təsiri səbəbindən günəş küləyinin sürəti hələ də bir qədər artır. Britaniya Geoloji Xidmətinin məlumatına görə, bu gün, 27 fevralda artan aktivlik dövrləri hələ də mümkündür , lakin maqnit fırtınası baş verməyəcək.

Eyni zamanda, alimlər 1 martda yeni bir maqnit fırtınasının baş vermə ehtimalının olduğunu xəbərdar edirlər.

Məlumata görə, fevralın 25-də koronal kütlə atılması (KKT) baş verib və o, yavaş-yavaş planetimizə doğru hərəkət edir. Əgər bu KKT Yerə çatarsa, geomaqnit aktivliyi artacaq və erkən yazda G1 maqnit fırtınasının baş vermə ehtimalı azdır.

 

R.İmanov

Chosen
14
qht.az

1Sources