EN

Pakistan ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək” Zərdari

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Pakistan Əfqanıstanla sərhəddə baş verən toqquşmalar fonunda sülh və ərazi bütövlüyü məsələsində güzəştə getmək niyyətində deyil”.

525.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari “X” hesabında  bildirib.

O qeyd edib ki, Pakistan ordusunun cavabı hərtərəfli və qətiyyətli olub.

Dövlət kanalı PTV News-un məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif öz növbəsində xalqının və silahlı qüvvələrinin ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə həmişə hazır olduğunu bəyan edib:

"Qüvvələrimiz istənilən təcavüzkar niyyətləri pozmaq üçün tam imkanlara malikdir. Hücumlara lazımi cavab veriləcək”.

Pakistanın İnformasiya Nazirliyi ölkənin təhlükəsizlik qüvvələrinin Əfqanıstan əməliyyatına tez və effektiv şəkildə reaksiya verdiyini bildirib.

Pərvanə Sultanov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
525.az

1Sources