EN

Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçiriləcək

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçiriləcək.Newscenter.az xəbər verir ki, layihə çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqə və yarışlar, maarifləndirici görüşlər, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.“İdman həftəsi”nin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağının artırılması və sağlam həyat tərzinin təbliğidir.Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, müsbət emosional mühitin formalaşdırılması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.Ruhiyyə Mehdiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
newscenter.az

1Sources