EN

Doğma klubuna qayıdacaq?

Luka Modriçin bundan sonrakı karyerası ilə bağlı xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, Xorvatiya yığmasının və “Milan”ın yarımmüdafiəçisi dünya çemponatından sonra vətəninə qayıda bilər. “Sport Gazette”nin məlumatına görə, 40 yaşlı futbolçu yenidən Zaqreb “Dinamo”sunun formasını geyinə bilər.

Qeyd edək ki, Modriç bu klubun yetirməsidi və peşəkar karyerasına məhz “Dinamo”da başlayıb. Modriçin gəncliyində kumiri Zaqreb klubunun hazırkı prezidenti Zvonimir Boban olub ki, bu da onun qərarına təsir göstərə bilər.

Bu da var ki, “Milan” rəhbərliyi onunla müqaviləni bir mövsüm uzatmağı planlaşdırır. Luka cari mövsüm bütün turnirlərdə 28 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
19
football-plus.az

1Sources