“Bayer”in müdafiəçisi Lukas Vaskes zədə səbəbindən bir neçə həftə meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos”la keçirilən və 0:0 hesabı ilə başa çatan cavab görüşündə zədələnərək 77-ci dəqiqədə əvəzlənib.
Müayinələr onun sağ baldır əzələsində problem olduğunu göstərib.
Vaskes cari mövsümdə “Bayer” forması ilə 15 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.