EN

Azərbaycanda bu şəxslər işini itirə bilər — Xəbərdarlıq

İşə gecikmə halları həm işçilər, həm də işəgötürənlər üçün əmək münasibətlərində ən çox rast gəlinən münaqişə mövzularından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi bu məsələni konkret qaydalarla tənzimləyir. Qanunvericiliyə görə, işçinin iş vaxtına riayət etməsi onun birbaşa vəzifəsidir. Lakin hər gecikmə dərhal işdən çıxarılma və ya ağır cəza ilə nəticələnməməlidir.

KONKRET.az xəbər verir ki,mMəsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Kərim Kərimov bildirib ki, Azərbaycan qanunvericiliyinə görə işçinin iş vaxtına riayət etməsi onun əsas vəzifələrindən biridir və bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

“Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, işçi əmək funksiyasını vicdanla yerinə yetirməli və əmək intizamına riayət etməlidir. İşə gecikmə intizam pozuntusu hesab edilə bilər, lakin hər hal fərdi qaydada qiymətləndirilməlidir. Burada gecikmənin səbəbləri də nəzərə alınır. Məsələn, fövqəladə hava şəraiti, qəza, ictimai nəqliyyatın dayanması kimi hallarda işçinin gecikməsi üzrlü sayıla bilər, amma gündəlik tıxaclar və adi gecikmələr adətən üzrlü səbəb kimi qəbul edilmir” – deyə ekspert qeyd edib.

Təcrübə göstərir ki, intizam tənbehinin tətbiqi üçün müəyyən prosedurlar izlənilməlidir. İşəgötürən özbaşına qərar verə bilməz. Hüquqşünas bildirib ki, intizam tədbirləri Əmək Məcəlləsinin 186–188-ci maddələrinə əsasən tətbiq olunur və işçidən yazılı izahat alınmalıdır. İzahat alınmadan verilən cəza hüquqi baxımdan mübahisələndirilə bilər.

Cəzaların ağırlıq dərəcəsi də pozuntunun miqyasına görə dəyişir. Kərim Kərimovun sözlərinə görə, qanunvericilik müxtəlif pilləli tənbehlər nəzərdə tutur.

“İşəgötürən töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və ya əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə xitam məsələsi 70-ci maddənin “ç” bəndi ilə tənzimlənir və kobud intizam pozuntusu və üzrsüz işə gəlməmək xitam üçün əsas yarada bilər. Nəticə olaraq, tez-tez işə gecikmə işçinin əmək məsuliyyətinə təsir göstərir, amma hər hal fərdi qaydada, Məcəllədə nəzərdə tutulmuş prosedurlara uyğun qiymətləndirilməlidir”.

Göründüyü kimi, işə gecikmələr xroniki xarakter aldıqda bu, işçi üçün ciddi hüquqi nəticələr doğurur. Xüsusilə işçinin əvvəllər də intizam tənbehi olması onun işdən azad edilmə riskini artırır. Bununla belə, işəgötürənlər də qanunun tələblərinə uyğun hərəkət etməli və hər bir halın obyektiv səbəblərini araşdırmalıdırlar.

Chosen
15
1
konkret.az

2Sources