EN

“Heç vaxt təslim olmayan “Barselona” görmək istəyirəm”

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubundakı işi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis təzyiqədavamlı bir komanda formalaşdırmaq istədiyini deyib: 

"Bizim üçün təkcə nəticə deyil, həm də necə oynadığımız vacibdir. Məsələn, ötən mövsüm "İnter" tərəfindən Çempionlar Liqasından kənarlaşdırılmağımızdan sonra məyus olduq. Amma komandanın oyunu ilə fəxr edirdik. Düşünürəm ki, hər kəsin görmək istədiyi oyun budur. Bu yolda davam etməyim vacibdir. “Barselona”da hər şey təhlil olunur və müzakirələrə səbəb olur, çünki azarkeşlər "Barselona" üçün yaşayırlar. Mən heç vaxt təslim olmayan bir komanda görmək istəyirəm”. 

Chosen
13
1
teleqraf.com

2Sources