EN

İsrail xəstəxanaları müharibə vəziyyətinə uyğun yenidən təşkil olunur

İsraildəki tibb müəssisələri hərbi əməliyyatlara hazırlıqlara başlayıb.

“Ynet” xəbər verir ki, xəstəxanalara şəxsi məlumatların qorunması və işçilərə dəstək verilməsi ilə bağlı təlimatlar göndərilib. Həddindən artıq sıxlıq halında potensial infeksiyaların azaldılması üçün tədbirlər də planlaşdırılır. İsrail Səhiyyə Nazirliyi ötən il İranla 12 günlük müharibənin mənfi təcrübəsini nəzərə almaq niyyətindədir.

Əvvəlki media xəbərlərində ABŞ-ın İsraildən İrana qarşı gələcək hərbi əməliyyatın avanqardı kimi istifadə etməyi planlaşdırdığı bildirilirdi. Vaşinqton ümid edir ki, İsrail İranı qisas almağa təhrik etmək üçün əvvəlcə zərbə endirəcək.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources