İran ətrafında yaranmış gərginlik artdığı üçün bəzi ölkələr təhlükəsizlik tədbirlərini gücləndirib. Metbuat.az xəbər verir ki, Çin və İngiltərə öz vətəndaşlarına təcili İranı tərk etməyi tövsiyə edib. ABŞ isə Qüdsdəki səfirliyinin əməkdaşlarını İsraili tərk etməyə səsləyib. Türkiyə mediasının yazdığına görə, bu gün axşam saatlarında İstanbuldan Tehrana uçan bütün təyyarə reysləri ləğv edilib. ABŞ və Avropanın aparıcı KİV-ləri isə bugünlərdə İrana səfər etməyin təhlükəli olduğuna dair məqalələr dərc edib.