EN

Azərbaycanın basketbol millisi səfərdə İrlandiya yığmasına qalib gəlib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, Dublində İrlandiya komandasının qonağı olan Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma rəqibinə 76:75 hesabı ilə qalib gəlib.

Qarşılaşma "National Basketball Arena"da keçirilib.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.

Chosen
20
2
far.az

8Sources