Türkiyəli müğənni Mustafa Sandalın sürücüsü Emre Battal həbs olunub.
Publika.az xəbər verir ki, İstanbul polisinin narkotiklərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat çərçivəsində Emre Battal saxlanılıb. O, "narkotik vasitələrdən istifadə və onların əldə edilməsi"ndə ittiham edilib. Battalın evində aparılan axtarış zamanı narkotik maddələr aşkarlanıb.
Məhkəməyə çıxarılan Battal barəsində həbs qətimkan tədbiri seçilib və cəzaçəkmə müəssisəsinə göndərilib.