EN

Viza rejimin ləğv olunması ilə bağlı dost ölkələrlə danışıqlar aparılır XİN rəsmisi

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Emil Səfərov Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə mühüm fikirlər səsləndirib. XİN rəsmisi bəyan edib ki, Azərbaycan viza rejimin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıqlar aparır. Onun sözlərinə görə, danışıqlar yalnız dost ölkələrlə həyata keçirilir, ölkənin həm daxili, həm xarici siyasət maraqları nəzərə alınır.

SİTAT: "​Eyni zamanda bu fəaliyyətin həyata keçirilməsi zamanı bizim milli təhlükəsizlik və miqrasiya maraqlarımız nəzərə alınmalıdır. Bildiyiniz kimi, Azərbaycan bir neçə növ sadələşdirilmiş viza rejimi tətbiq edir. Vizasız rejim də var, sadələşdirilmiş viza rejimi də var. Bu həm "ASAN Viza"dır, həm beynəlxalq tədbirlər zamanı tətbiq olunan xüsusi vizadır, - deyə XİN rəsmisi qeyd edib.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
2
sia.az

3Sources