EN

Bu ölkə tarix yazdı - Uşaqlar artıq HİV və sifilislə doğulmur

Danimarka Avropa İttifaqında anadan uşaqlara HİV və sifilis yoluxmasının qarşısını tamamilə alan ilk ölkə olub.

Hakimiyyet.az xəbər verir ki, Dövlət Serum İnstitutunun (Statens Serum Institut, SSI) yayımladığı press-relizdə bildirilir ki, ölkədə hamilə qadınlar uzun illər ərzində sistemli müayinələrdən keçirilmiş və lazımi müalicə ilə təmin olunmuşlar.

“Ekstra Bladet” qəzetinin məlumatına görə, institutda baş həkim və şöbə rəhbəri vəzifəsində çalışan Mariya Vessman qeyd edib ki, bu mütəmadi tədbirlər sayəsində Danimarkada artıq uşaqlar HİV və ya sifilis ilə doğulmur.

Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Danimarkaya infeksiyanın yayılmasının dayandırıldığını təsdiqləyən rəsmi sertifikat təqdim edib.

ÜST-nin açıqlamasında vurğulanır ki, Danimarkanın bu uğuru ölkədə anaların sağlamlığının qorunmasına yönəlmiş sistemin yüksək səviyyədə işləməsi və hamilə qadınlara uzun illərdir davam edən dəstək tədbirlərinin nəticəsidir.

Leyla

Chosen
15
3
hakimiyyet.az

4Sources