Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xəbər verildiyi kimi Mərkəzi Neftçilər Xəstəxanasının əsaslı təmir olunması nəzərdə tutulur.Bizim.Media-nın sorğusuna Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasında 3 əməliyyatxana, 2 reanimasiya bloku, angioqrafiya bloku və rentgen otaqları təmir olunacaq. Məlumatda bildirilir ki, müvafiq işlər xəstəxananın 2026-cı ilin illik büdcə smetasında nəzərdə tutulub:
“Layihə üzrə ümumilikdə 2,8 milyon manat vəsait ayrılması planlaşdırılır ki, bunun təqribən 650 000 manatı əsaslı təmir işlərinə, qalan hissəsi isə həmin blokların xüsusi havalandırma sisteminin qurulması və tibbi avadanlıqların alınması üçün nəzərdə tutulub”.
Qeyd edilib ki, hazırda işlərin icrası ilə bağlı açıq tender elan edilib.Naibə Məmmədova, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.