“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında qoltuqaltı əsa ilə görüntüləndiyi fotosunu paylaşıb.
Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən oyunçunun paylaşımı azarkeşlərin diqqətini çəkib.
“Nyukasl”la Bakıda baş tutan və komandamız üçün uğursuz nəticələnən (1:6) həmin matçın 21-ci dəqiqəsində Bəhlul Mustafazadə bud nahiyəsindən aldığı zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etməli olmuşdu.
Onu oyunda Dani Bolt əvəzləmişdi.
