EN

Əfqanıstanda ölən hərbçilərin sayı 300 ü ötdü Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında “Qəzb-ül-Haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində “Taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.

Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.

Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.

***

Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb. 

O, həmçinin vurğulayıb ki, Əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
qafqazinfo.az

3Sources