Fanat saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasında 22-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Şamaxı” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Günün digər oyunu “Qəbələ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək. Bu görüşü Kamal Umudlu idarə edəcək.
Daha öncə “Kəpəz” “Sumqayıt”a qalib gəlib (3:0), “Araz-Naxçıvan” “Zirə”yə məğlub olub – 0:1. “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
22-ci tur
28 fevral
“Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Qəbələ” – “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.