EN

Britaniya Özbəkistanın neft-qaz imkanlarını araşdıracaq

BAKI, 28 fevral. TELEQRAF

Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov Londonda Böyük Britaniyanın BP şirkətinin nümayəndələri ilə energetika sahəsində birgə layihələr və yeni investisiya imkanlarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Görüşdə Özbəkistanda energetika sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, investisiya mühitinin yaxşılaşdırılması səyləri və birgə iri layihələrin irəli sürülməsi perspektivləri diqqət mərkəzində olub.

Xüsusilə “Ustyurt” layihəsinin davamlı inkişaf etdirilməsi, əlavə neft-qaz ehtiyatlarının araşdırılması, bərpaolunan enerji mənbələri və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi önəm verilib.

Tərəflər energetika sahəsində əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı maraqlı təşəbbüsləri praktik mərhələyə keçirmək üçün dialoqu davam etdirmək barədə razılaşıblar.

Chosen
17
teleqraf.com

1Sources